26 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İsmət Vaqifzadə: “İqtisadiyyatın rəqəmsallaşması ölkənin investisiya cəlbediciliyinə güclü təsir göstərir”

İsmət Vaqifzadə: “İqtisadiyyatın rəqəmsallaşması ölkənin investisiya cəlbediciliyinə güclü təsir göstərir”

  • Elektron ticarət sahibkarlığı və innovasiyaları təşviq edir;

  • Vahid rəqəmsal platforma modeli investisiya mühitinin daha da yaxşılaşdırılmasında istifadə oluna bilər.

Azərbaycanda elektron ticarətin hüquqi tənzimlənməsi, gömrük prosedurları və vergi sahəsində aparılan islahatlar, proseslərin rəqəmsallaşması və “bir pəncərə” sisteminin tətbiqinin genişləndirilməsi beynəlxalq reytinqlərdə mövqeyimizin yaxşılaşdırılması ilə bərabər, ölkəmizin investisiya cəlbediciliyini də artırır.

Bunu “vergiler.az”a Rəqəmsal Ticarət Qovşağının rəhbəri İsmət Vaqifzadə deyib.

İqtisadiyyatın rəqəmsallaşmasını ölkənin investisiya cəlbediciliyinə güclü təsir göstərən amillərdən biri sayan İ.Vaqifzadə bildirib ki, investorlar rəqəmsal infrastrukturun, eləcə də elektron ticarətin inkişaf etdiyi və bazarın daha da genişlənməsi üçün potensialın mövcud olduğu ölkələrdə imkanlar axtarırlar. Belə ki, elektron ticarət sektorunun inkişafı paralel olaraq ölkədə sərhədlərarası elektron ticarət imkanlarının, təhlükəsiz rəqəmsal ödəniş həllərinin genişləndirilməsi, etibarlı logistik şəbəkələrin təkmilləşdirilməsi kimi güclü rəqəmsal infrastruktur tələb edir. Həmçinin elektron ticarət sahibkarlığı və innovasiyaları təşviq edir və biznes anlayışları, qərarların qəbulu və təhlili üçün böyük həcmdə məlumat bazası yaradır. Bu faktorlar elektron ticarətin böyüməsini yaxından izləyən investorlar üçün gəlir artımı, bazarın genişlənməsi və innovasiyalar sahəsində imkanlar təqdim edir.

Azərbaycanda həyata keçirilən nəticəəsaslı islahatlar rəqəmsal transformasiya və elektron ticarətdə artım tempinin dayanıqlılığına səbəb olur. Beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinə nəzər salsaq, BMT-nin “Ticarət prosedurlarının sadələşdirilməsi məsələləri üzrə qlobal tədqiqatı”nda 2019-cu il ilə müqayisədə 2021-ci ildə şəffaflıq indikatoru üzrə 6,67%, sərhədlərarası kağızsız ticarət indikatoru üzrə isə 16,67% artıma nail olunub. Ümumilikdə isə Azərbaycan Dünya Bankının hazırladığı “GovTech Yetkinliyi İndeksi”nin (GovTech Maturity İndex - GTMI) 2022-ci il üzrə hesabatında yüksək rəqəmsallaşma səviyyəsinə görə 35% ölkələrin daxil ola bildiyi birinci qrupda yer alıb. Bununla yanaşı, Azərbaycanda elektron ticarət sahəsində də tətbiq olunan vahid rəqəmsal platforma modeli investisiya mühitinin daha da yaxşılaşdırılmasında istifadə oluna bilər. Belə ki, ölkənin investisiya üçün cəlbedici mühit olaraq təqdim olunması və mövcud elektron xidmətlərə, o cümlədən elektron ticarət sahəsində təqdim olunan imkanlara çıxışın “bir pəncərə”dən mümkünlüyü investisiya sahəsində böyük imkanlar yaradacaq.

İlhamə İSABALAYEVA

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?