25 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Türkmənistana pambıq lifinin ixracına başlayıb

Azərbaycanda rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması sahəsində məqsədyönlü işlər görülür, emal sənayesi genişləndirilir və yeni emal müəssisələri qurulur.

İqtisadiyyat Nazirliyindən “vergiler.az”a verilən məlumata əsasən, Mingəçevir Sənaye Parkında Özbəkistan və Türkmənistanla birlikdə tekstil sənayesinin inkişafında, həmçinin yeni istehsal sahələrinin yaradılması istiqamətində işlər görülür. Ümumilikdə, pambıqçılığın inkişafı sahəsində Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı yeni mərhələyə qədəm qoyur. Belə ki, Özbəkistanla yaradılmış əməkdaşlıq əlaqələri çərçivəsində ölkəmizdə pambıqçılıq klasterlərinin yaradılması işlərinə başlanılıb.

Azərbaycanda fəaliyyət göstərən pambıq istehsalçıları - “MKT İK”, “Azərpambıq” və “P-Agro” şirkətləri Türkmənistana pambıq lifinin ixracına başlayıb. İlkin mərhələdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanından gəmilər vasitəsilə Türkmənistana 30 min ton həcmdə pambıq lifi göndəriləcək. Gələcəkdə Türkmənistana pambıq lifi ilə yanaşı, pambıq emalından alınan digər məhsulların da ixracı nəzərdə tutulur ki, bu da Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığın, o cümlədən logistika və ticarət əlaqələrinin inkişafına töhfə verəcək.

Azərbaycandan indiyədək Türkiyə, Rusiya, İran, Belarusiya, Banqladeş, İsveçrə və s. ölkələrə pambıq lifi ixrac edilib.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?