13 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda yüngül kommersiya avtomobilləri istehsal ediləcək

Tatarıstanın Kazan şəhərində keçirilən “Rusiya – İslam dünyası: Kazan Forumu 2023” Beynəlxalq İqtisadi Forum çərçivəsində Rusiyanın “Sollers” şirkəti və Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş” MMC arasında Azərbaycanda “Sollers” yüngül kommersiya avtomobillərinin istehsalı üzrə əməkdaşlıq memorandumu imzalanıb.

İqtisadi Zonaların İnkişafı Agentliyindən “vergiler.az”a verilən məlumata görə, memorandumu "Sollers" şirkətinin baş direktoru Nikolay Sobolev və “Azərmaş”ın sədri Emin Axundov imzalayıblar.

Sənəd Rusiyadan gətirilən komponentlərdən (ehtiyat hissələrindən) istifadə etməklə “Azərmaş”ın müəssisələrində “Sollers” yüngül kommersiya avtomobillərinin istehsalının təşkilini nəzərdə tutur.

Qeyd edək ki, "Sollers" şirkəti UAZ yolsuzluq və yüngül kommersiya avtomobillərini və ZMZ benzin mühərriklərini istehsal edən Rusiyanın avtomobil şirkətidir.

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?