7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Caspian Energy Investment Forum Tashkent 2023" keçirilib

Özbəkistanda ümümilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Caspian Energy Investment Forum Tashkent 2023" keçirilib.

“Caspian Energy Club”dan “vergiler.az”a verilən məlumata görə, Forumun əsas mövzuları Özbəkistanın investisiya potensialı və ölkənin inkişaf modeli, “Yeni Daşkənd” layihəsinin imkanları, investisiyalar, İT layihələrin imkanları, Orta dəhlizin inkişafı, “yaşıl enerji” tranziti, enerji təhlükəsizliyi, ixrac və idxal imkanları olub.

Forumda Özbəkistanın dövlət qurumlarının, ölkədə akkreditə olunan diplomatik və beynəlxalq missiyaların rəhbər və nümayəndələri, həmçinin Xəzər, Qara dəniz və Baltikyanı region ölkələrindən dövlət və özəl şirkətlərin top-menecerləri iştirak ediblər.

Forumun məqsədi ikitərəfli iqtisadi əlaqələrin inkişafı, peşəkar problemlərin həlli üçün beynəlxalq səviyyədə B2B şəbəkənin yaradılması, xarici sahibkarlar və investorlar üçün yaradılan imkanların işıqlandırılması olub.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?