26 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Shell” şirkəti dərin dəniz neft kəşfiyyatında süni intellektə əsaslanan texnologiyadan istifadə edəcək

Böyük Britaniyanın “Shell” enerji şirkətinin dənizdə aparılan geoloji kəşfiyyat işlərində “SparkCognition” firmasının süni intellektə əsaslanan texnologiyasından istifadə edəcəyi barədə açıqlama yayılıb. “SparkCognition” firması dənizdə neft hasilatını artırmaq məqsədilə geoloji kəşfiyyat və hasilat əməliyyatlarında əldə olunan məlumatların təhlili sahəsində ixtisaslaşıb. Firmanın yeni texnologiyası sayəsində geoloji kəşfiyyat işlərinin müddətinin əhəmiyyətli dərəcədə azaldılacağı ilə yanaşı, dənizlərdə ətraf mühitin qorunacağı da vəd edilir.

Həm faydaları, həm də zərərləri ilə bağlı dünyada ikili münasibətin hədəfinə çevrilən süni intellektin tətbiq dairəsi getdikcə genişlənir.

“SparkCognition” şirkətinin gələcəyin texnologiyası hesab olunan süni intellekt alqoritmləri Meksika körfəzindəki ən böyük neft istehsalçılarından biri olan “Shell” tərəfindən yeni neft ehtiyatlarının axtarışında böyük həcmdə seysmik məlumatların işlənməsi və təhlili üçün istifadə olunacaq.

“Shell”in innovasiyalar və iş icrası üzrə vitse-prezidenti Qabriel Querra deyib: "Biz işimizi təkmilləşdirmək üçün yeni və innovativ yollar tapmaq öhdəliyimizə sadiqik".

Yeni texnologiyanın tətbiqi ilə dənizdə aparılan geoloji kəşfiyyat prosesinin müddətinin dəfələrlə azalacağı, doqquz aydan doqquz günə düşəcəyi gözlənilir.

Yeni texnologiyanın ənənəvi texnologiya ilə müqayisədə seysmik məlumat skanından daha az istifadə edərək yeraltı görüntülər hazırlayacağı və dərin dənizlərin qorunmasına kömək edəcəyi bildirilib. Dənizdə aparılan seysmik tədqiqatların azaldılması geoloji kəşfiyyat işlərini xeyli sürətləndirir və hesablamalarda əldə olunan yüksək məhsuldarlıq xərclərə qənaət etməyə şərait yaradır.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?