17 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şimal-Cənub nəqliyyat dəhlizi qlobal nəqliyyat axınının diversifikasiyasına kömək edəcək

Rusiya Azərbaycan tərəfinin iştirakı ilə üçtərəfli formatda Şimal-Cənub marşrutu üzrə dəmir yolu infrastrukturunun və yük daşımalarının inkişafı sahəsində əməkdaşlıq haqqında sazişin hazırlanmasının tezliklə başa çatacağına ümid edir.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bunu Rusiya və İran hökumətləri arasında sazişin imzalanması mərasimində videobağlantı vasitəsilə çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin deyib.

Saziş Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə daşımaların inkişafı məqsədilə İranda Rəşt-Astara dəmir yolunun yaradılması üçün malların və xidmətlərin layihələndirilməsi, tikintisi və təchizatının maliyyələşdirilməsində əməkdaşlığı nəzərdə tutur.

Vladimir Putin qeyd edib ki, bu, üç ölkə - Rusiya, Azərbaycan və İranın gələcək uğurlu koordinasiyası üçün zəruri hüquqi baza yaradacaq.

Rusiya Prezidenti vurğulayıb ki, unikal Şimal-Cənub nəqliyyat arteriyası qlobal nəqliyyat axınının əhəmiyyətli dərəcədə diversifikasiyasına kömək edəcək.

Yeni dəhlizlə daşınma əhəmiyyətli rəqabət üstünlüklərinə malik olacaq. Xüsusilə, malların Sankt-Peterburqdan Mumbaya çatdırılması təxminən 10 gün çəkəcək.

“Müqayisə üçün deyim ki, ənənəvi ticarət marşrutları üzrə bu müddət 30-45 günə qədərdir. Yəni vaxt və xərclər baxımından xeyli qənaət göz qabağındadır”, - deyə o əlavə edib.

VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi?