3 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda fərdi sahibkarlar arasında qadın sahibkarların xüsusi çəkisi 22 faizi keçib

Qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətində prioritet istiqamətlərdəndir. “vergiler.az” xəbər verir ki, bu fikri "SHE Congress"dəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbəri Orxan Məmmədov səsləndirib. Onun sözlərinə görə, məlumatların əldə edilməsi, biznes bacarıqlarının çatışmazlığı, maliyyə resurslarına məhdud çıxış, satış imkanlarının azlığı qadın sahibkarların daha çox üzləşdiyi çağırışlardır:

"Hər bir ölkənin dayanıqlı iqtisadi inkişafı qadın sahibkarlığının inkişafı ilə birbaşa bağlıdır. Qadınların ölkəmizin ictimai, siyasi və iqtisadi həyatında rolunun artırılması dövlətimizin daim diqqət mərkəzindədir. Bu qayğının nəticəsi olaraq hazırda ölkəmizdə qadın sahibkarlığının çəkisinin artmasını müşahidə edirik və qadınlar biznes yaratmağa, özünüməşğulluğa getdikcə daha çox meyl göstərirlər. Əgər 2018-ci ildə fərdi sahibkarlar arasında qadınların çəkisi 19 faiz civarında idisə, 2023-cü ilin aprel ayının statistikasına əsasən bu rəqəm 22 faizi keçib".

O.Məmmədov əlavə edib ki, hüquqi şəxslərin və müəssisələrin təsisçiləri və idarəediciləri sırasında kifayət qədər sayda qadınlar təmsil olunur. Eyni zamanda, ölkəmizdə iqtisadi fəal əhlinin 49 faizini qadınlar təşkil edirlər.

"KOBİA-nın strukturuna daxil olan KOB İnkişaf Mərkəzləri tərəfindən 2023-cü il ərzində keçirilən təlimlərdən 1000-ə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadın yararlannıb. Ötən müddət ərzində 9 qadın sahibkara təqdim etdikləri layihə çərçivəsində qrant, 10-dan artıq qadın sahibkara 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən “Startap” şəhadətnaməsi verilib".

VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı?