13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pambıq ixracatçıları ilə ixracın diversifikasiyasına dair fikir mübadiləsi aparılıb

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Sahibkarlığın İnkişafı Fondu, İqtisadi Zonaların İnkişafı Agentliyi və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələrinin iştirakı ilə pambıq ixracatçıları ilə görüş keçirilib.

AZPROMO-dan “vergiler.az”a verilən məlumata görə, tədbirdə ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə pambığın yeni ölkələrə tədarük olunması üçün tələb olunan sertifikatlar və keyfiyyət standartları haqqında ixracatçılara məlumat verilib, ixracatçıların sualları cavablandırılıb.

Bildirilib ki, müəyyən ixrac bazarlarında pambıq ipliyinə tələbin azalması və idxalda pambıq mahlıcına üstünlük verilməsi səbəbi ilə ümumi ixrac göstəriciləri enib. İxracın azalmasının digər səbəbi kimi Türkiyədə baş verən güclü zəlzələ nəticəsində müəssisələrin fəaliyyətinin dayandırması göstərilib. Bundan əlavə, nəqliyyat çatışmazlığı tədarük prosesini yubadıb. Bu məsələlər ilə bağlı şirkət nümayəndələrinin tələb və təklifləri dinlənilib və ixracatçılar tərəfindən səsləndirilən çətinliklərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərin aparılacağı bildirilib.

Görüş iştirakçılarına AZPROMO-nun dəstək tədbirləri, o cümlədən bu il təsdiqlənməsi gözlənən logistikanın subsidiyalaşması mexanizmi haqqında məlumat verilib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?