25 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

SOCAR Yaponiya şirkəti ilə dekarbonizasiya sahəsində əməkdaşlıq edəcək

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Özbəkistan Respublikasında keçirilən İllik Toplantısında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) arasında dekarbonizasiya sahəsində əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu imzalanıb.

SOCAR-dan “vergiler.az”a verilən məlumata görə, Memorandum karbon emissiyasının azaldılmasına töhfə verən layihələrin icrasını sürətləndirmək məqsədilə SOCAR ilə Yaponiya şirkətləri arasında əməkdaşlığın təşviqini nəzərdə tutur. Tərəfdaşlıq çərçivəsində şirkətlər dekarbonizasiyaya doğru qlobal tendensiyaya uyğun olaraq aşağı karbonlu texnologiyaların, o cümlədən CCS (karbon tutma və saxlama) və CCUS (karbon tutma, istifadə və saxlama), hidrogen və ammonyak layihələrinin tətbiqi ilə bağlı məlumat mübadiləsini həyata keçirəcəklər.

SOCAR və Yaponiya şirkətləri əməkdaşlığı inkişaf etdirmək və karbon qazının azaldılması və ekologiyanın yaxşılaşdırılmasına töhfə verəcək layihələrin həyata keçirilməsini sürətləndirmək üçün birgə çalışacaqlar.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?