11 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gübrələr və torpağın keyfiyyətinə dair yeni standartlar qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən Avropa standartı əsasında AZS 932:2023 (TS 12298:2006) “Gübrələr-Maye”, AZS 933:2023 (ISO 10382:2002) “Torpağın keyfiyyəti - Xlorüzvi pestisidlərin və polixlorlaşmış bifenillərin təyin edilməsi. Qaz xromatoqrafik üsulla elektronları tutma detektoru ilə aşkarlanması” dövlət standartları qəbul edilib.

İnstitutdan “vergiler.az”a verilən məlumata görə, AZS 932:2023 (TS 12298:2006) “Gübrələr-Maye” standartı TS 12298:2006 əsasında işlənilib, gübrələr-maye torpaq və bitkilərə tətbiq olunan maye gübrələri əhatə edir.

AZS 933:2023 (ISO 10382:2002) “Torpağın keyfiyyəti - Xlorüzvi pestisidlərin və polixlorlaşmış bifenillərin təyin edilməsi. Qaz xromatoqrafik üsulla elektronları tutma detektoru ilə aşkarlanması” standart torpaqdakı yeddi polixlorlu bifenil və on yeddi xlorüzvi pestisidin kəmiyyətcə təyini metodunu müəyyən edir.

Standartda göstərilən şərtlərə uyğun olaraq 0,1 mq/kq-dan 4 mq/kq (quru maddə şəklində ifadə olunur) aşkarlanma həddinə nail olmaq olar. Bu standart bütün torpaq növlərinə şamil edilir.

Yeni standartlar “Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr”in standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 23) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?