10 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xorvatiya ilə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Xorvatiya Parlamenti sədrinin müavini Davorko Vidoviçlə görüşüb.

Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, nazir müavini Xorvatiya ilə iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyini, tərəfdaşlığın genişlənməsi üçün məqsədyönlü işlərin aparıldığını diqqətə çatdırıb. Bildirilib ki, qarşılıqlı səfərlər, aparılan müzakirələr ikitərəfli münasibətlərin inkişafında önəmli rol oynayır. Xorvatiya ilə enerji, turizm, informasiya texnologiyaları, əczaçılıq və digər istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var.

Sahib Məmmədov iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişlənməsi, perspektiv əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından güclü potensial olduğunu qeyd edib, xorvat iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Davorko Vidoviç Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iqtisadi münasibətlərin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, Xorvatiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində həyata keçiriləcək layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparıblar.

VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?