30 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Təbiət hadisələri nəticəsində dəymiş zərərə görə fermerlərə sığorta ödənişləri ediləcək

Cari ilin aprel ayının 27-dən mayın 14-dək əkin sahələrinə, meyvə bağlarına dəymiş ziyanla bağlı Aqrar Sığorta Fonduna 37 rayondan 219 müraciət daxil olub. Fonddan “vergiler.az”a verilən açıqlamaya əsasən, son 4 gün ərzində Şəkidən külək, quraqlıq, Cəlilabaddan dolu, Biləsuvardan qasırğa, külək, zərərverici həşəratların hücumu, tufan, Qobustandan dolu, sel, Ucardan dolu, sel-subasma və s. hadisələrlə bağlı məlumatlar daxil olub.

“Son həftələrdə qeyri-sabit hava şəraiti ilə əlaqədar bəzi bölgələrimizdən leysan yağışları, sel, subasma, külək, dolu və digər təbiət hadisələri barədə müraciətlər daha çox Goranboy, Tərtər, Zaqatala, İsmayıllı, Cəlilabad, Salyan, Oğuz, Ağdaş, Ağstafa, Şəki rayonlarında baş vermiş sığorta hadisələri ilə əlaqədardır. Dəymiş zərərlərin müəyyənləşdirilməsi üçün aqrar sığorta ekspertlərindən ibarət qruplar bölgələrə ezam olunub. Qruplara Türkiyədən dəvət olunmuş təcrübəli, aqrar sığorta sahəsində lisenziyalı ekspertlər rəhbərlik edir” – deyə açıqlama bildirilib.

Qeyd eədk ki, artıq ekspert qrupları bir çox sığortalanmış təsərrüfatlarda zərərin ilkin qiymətləndirilməsini həyata keçiriblər. İlkin qiymətləndirmə dəymiş zərərin düzgün hesablanması və zərər ödənişlərinin vaxtında olunması üçün önəmlidir.

Fonddan verilən açıqlamaya görə, yekun qiymətləndirmə məhsul yığımından və biçindən öncə təsərrüfat sahiblərinin müraciəti əsasında aparılacaq, dəymiş zərər müəyyən olunacaq. Və bu nəticələrə əsasən, zəruri sənədlər təqdim olunduqdan sonra 7 iş günü ərzində fermerlərə ödənişlər həyata keçiriləcək.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?