23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyəti Rusiyaya səfər edib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyəti Rusiyaya səfər edib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyəti Rusiyaya səfər edib. Xidmətdən "vergiler.az"a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti sayca 11-ci Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda iştirak edib.

Qeyd edək ki, ictimai maraqlar naminə hüququn modernləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və antiinhisar nəzarəti məsələləri üzrə dövlət orqanları, hüquq sahəsində fəaliyyət göstərən orqanlar və elmi fəaliyyətlə məşğul olan qurumlar arasında dialoq üçün ən böyük beynəlxalq platformalardan biri olan Sankt-Peterburq Beynəlxalq Hüquq Forumu bu il 11-13 may tarixlərində keçirilib.

Forum çərçivəsində antiinhisar tənzimlənməsinin aktual aspektləri, bazarlarda rəqabət şərtləri, tənzimləyici orqanlar arasında qarşılıqlı əlaqələrin qurulması, rəqabətin inkişafı sahəsində beynəlxalq hüquqi əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətlərində qarşılıqlı müzakirələr aparılıb, müvafiq sahələr üzrə təqdimatlar edilib.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?