15 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın investisiya potensialı Əbu-Dabidə təqdim olunub

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində 12-ci İllik İnvestisiya Toplantısı (Annual Investment Meeting – AİM) keçirilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) “vergiler.az”a verilən məlumata görə, toplantı çərçivəsində Azərbaycanın investisiya imkanlarına dair təqdimat keçirilib. Rəsmi şəxslərin, iş adamları və investorların iştirak etdiyi Azərbaycanın ölkə təqdimatında AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Turizm Agentliyi və Ələt Azad İqtisadi Zonasının nümayəndələri tərəfindən ölkəmizin investisiya imkanları, sahibkarlara dəstək göstərən qurumların fəaliyyəti, iqtisadi zonalarda yaradılmış əlverişli şərait və turizm potensialına dair məlumat verilib.

Eyni zamanda, Azərbaycan sözügedən toplantı çərçivəsində təşkil olunmuş sərgidə "Invest in Azerbaijan" stendi ilə təmsil olunub. AZPROMO və KOBİA-nın birgə təşkilatçılığı ilə stendimizdə Azərbaycan iqtisadiyyatına, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitinə dair məlumatlar yerləşdirilib. Ölkə stendində həmçinin işğaldan azad edilmiş Azərbaycan ərazilərinin potensialı və investisiya qoyuluşu imkanları barədə məlumat verilib, Ələt Azad İqtisadi Zonasında yaradılan imkanlar, Dövlət Turizm Agentliyi tərəfindən ölkəmizin turizm potensialı təqdim edilib.

Qeyd edək ki, 2011-ci ildən etibarən hər il keçirilən və dünyanın müxtəlif ölkələrindən rəsmi şəxsləri, iş adamlarını, investorları bir araya gətirən İllik İnvestisiya Toplantısı sahibkarlığın inkişafı üçün investisiya imkanlarının, sərmayələrin təşviqi tendensiyalarının və bu sahədə əməkdaşlığın müzakirə olunması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması baxımından əlverişli platformadır.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?