11 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Məişət tipli qaz sayğaclarına tələbat yerli istehsal hesabına təmin olunacaq

Məişət tipli qaz sayğaclarına olan tələbat tam olaraq yerli istehsalın hesabına təmin olunacaq.

vergiler.az” xəbər verir ki, bu barədə “Azəriqaz" İstehsalat Birliyinin şöbə rəisi Rövşən Məhyəddinov media və QHT nümayəndələrinin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bununla bağlı cari ayda yerli istehsalçı olaraq Gəncə Cihazqayırma Zavodu ilə müqavilə imzalanıb və artıq iyun ayından etibarən sayğacların “Azəriqaz"a təqdim olunması təmin ediləcək.

“Bu, ilk növbədə idxaldan asılılığı azaldacaq, eyni zamanda xarici valyutanın ölkədə qalmasına, əlavə olaraq yeni iş yerlərinin açılmasına, yerli sahibkarlara əlavə imkanların yaradılmasına imkan yaradacaq. Ən əsas məsələ isə, yerli istehsal olduğu üçün bu qaz sayğaclarının dövrü yoxlanışı zamanı onların kalibrasiya olunması, zərurət yarandığı təqdirdə onların təmir olunması məhz yerli istehsalçı tərəfindən təmin olunacaq”, - deyə R.Məhyəddinov əlavə edib.

Qeyd olunub ki, hazırda “Azəriqaz" İB-nin məişət tipli qaz sayğaclarına olan illik tələbatı 400-450 min ədəd təşkil edir.

VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir? VergiDaşınmaz əmlakın alğı-satqısı sahəsində fəaliyyəti necə rəsmiləşdirmək olar? VergiQeyri-rezidentdən marketinq xidməti alan MMC bu əməliyyata görə hansı vergiləri ödəməlidir?