18 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət qulluqçularının orta aylıq əməkhaqqı 15,3 faiz artıb

2019-cu il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,1 min nəfər olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onların 28,5 faizini qadınlar təşkil edib. Dövlət qulluqçularının 4,5 faizi inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 75,7 faizi 4-7-ci təsnifatları üzrə və 19,8 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləyib. Həmin şəxslərin 7,4 faizi 1 ilə qədər, 24,2 faizi 1 ildən 5 ilə qədər, 23,2 faizi 5 ildən 10 ilə qədər, 16,8 faizi 10 ildən 15 ilə qədər, 28,4 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 17,2 faiz, 30-34 yaşda 15,9 faiz, 35-44 yaşda 23,6 faiz, 45-54 yaşda 21 faiz, 55-62 yaşda 18,1 faiz, 63-64 yaşda 2,9 faiz, 65 və yuxarı yaşda 1,3 faiz.

Ölkədə 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının 1,1 faizini yerli icra hakimiyyəti başçısının müavinləri, 14,6 faizini şöbə müdirləri, 11,7 faizini şöbə müdirinin müavinləri, 7,9 faizini sektor müdirləri, 25,7 faizini baş məsləhətçilər, 5,3 faizini böyük məsləhətçilər, 12,8 faizini aparıcı məsləhətçilər və 20,9 faizini məsləhətçilər təşkil edib. 2018-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 15,3 faiz artaraq 796,5 manat təşkil edib.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?