18 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əli Əhmədov: "Azərbaycanın BMT-nin layihələrində iştirakının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub"

Müstəqil Azərbaycan 30 ildən artıqdır ki, BMT-nin üzvü olaraq təşkilatın layihələrində imkanları çərçivəsində yaxından iştirak edir.

vergiler.az” xəbər verir ki, bu barədə “Azərbaycanda BMT-nin inkişaf təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu” mövzusunda keçirilən konfransda çıxış edərkən Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib.

Onun sözlərinə görə, ölkəmiz bu gün də BMT-nin bir çox layihələrində iştirak etməkdə davam edir.

"Ekoloji problemlərin həll olunması, iqlim dəyişməsi, eyni zamanda BMT-nin ən vacib gündəliklərindən biri olan Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklər baxımından Azərbaycanın BMT-nin müəyyənləşdirdiyi layihələrdə iştirakının əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Bütün bunlar Azərbaycanın hörmət və nüfuzunun artmasına töhfəsini verməklə yanaşı, iqtisadiyyatın, iqtisadi potensialın güclənməsinə təsirini göstərməkdədir ", - deyə Ə.Əhmədov qeyd edib.

VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi?