15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Gürcüstana soğan tədarük edən aparıcı ölkələrdəndir

Bu ilin aprel ayında Gürcüstan 2500 ton soğan idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə, demək olar ki, eynidir.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı aqrar sektor üzrə ixtisaslaşmış “East-fruit” portalına istinadən xəbər verir ki, bu rəqəm ölkənin Maliyyə Nazirliyinin hesabatında əks olunub. Ümumi idxalın 84 faizini təşkil edən bu kateqoriyadan olan məhsulların ölkəyə aparıcı tədarükçülərinin Rusiya və Azərbaycan olduğu qeyd olunur. Belə ki, ötən ay Rusiyadan 1675 ton (tədarükün 67 faizi), Azərbaycandan isə 425 ton (17 faiz) soğan alınıb.

Bildirilir ki, Azərbaycanda erkən soğan məhsulunun yığımının pik nöqtəsi aprelin ortalarına təsadüf edib.

Türkiyənin də erkən soğan yığımına başlamasına baxmayaraq, faktiki olaraq bu mərhələdə Gürcüstana türk soğanı idxalı yoxdur. Səbəb olaraq türk soğanının digər ölkələrlə müqayisədə baha olması, eləcə də ixrac üçün lazımi sənədlərin hazırlanması ilə bağlı bürokratik əngəllərin olması göstərilir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?