21 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rusiya-Azərbaycan sərhədində əlavə 8 buraxılış məntəqəsi yenidən qurulacaq

2026-cı ilə qədər Azərbaycan sərhədində hava da daxil olmaqla əlavə 8 buraxılış məntəqəsinin yenidən qurulmasının başa çatdırılması planlaşdırılır.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın nəqliyyat nazirinin müavini Valentin İvanov 1-ci Qafqaz İnvestisiya Sərgisi-2023 çərçivəsində Dağıstandan keçən “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı da daxil olmaqla, nəqliyyat-logistika kompleksinin və transsərhəd əməkdaşlığın inkişafı məsələlərinin müzakirə edildiyi dəyirmi masada çıxış edərkən deyib.

Nazir müavininin sözlərinə görə, kompleksin inkişafı üçün ümumilikdə 100 milyard rubldan (1,254 milyard dollar – red.) çox vəsait nəzərdə tutulub.

“Nəqliyyat infrastrukturu məsələlərinin ayrıca bloku qonşularımızla, ilk növbədə Gürcüstan və Azərbaycanla keçid məntəqələrinin inkişafıdır. Ümumiyyətlə, federal dairədə 14 nəzarət-buraxılış məntəqəmiz var. Onlardan 11-nin modernləşdirilməsi proqramlarımızda nəzərdə tutulub. Sərhədin Rusiya-Azərbaycan hissəsində biz “Yaraq-Qazmalar”ın birinci mərhələsinin yenidən qurulmasını başa çatdırdıq. Ötən il “Novo-Filya” keçid məntəqələri gecə-gündüz fəaliyyətə başlayıb. “Tagirkent-Qazmalar” keçid məntəqəsində nəqliyyatın hərəkəti açılıb. Ümumilikdə, 2021-ci ildən Azərbaycanla sərhədimizin keçirmə qabiliyyəti 4 dəfədən çox artaraq gündəlik 400 yük avtomobilindən bu gün 1700-ə yüksəlib”, - İvanov bildirib.

Nazir müavini Azərbaycanla sərhəddə yeni “Samur” dəmir yolu stansiyasının tikintisi və eyni zamanda, yeni “Dərbənd” dəmir yolu keçid məntəqəsinin tikintisi planlarını da xatırladıb.

“Burada maliyyələşdirmənin ümumi məbləği təxminən 10 milyard rubl (125,4 milyon dollar – red.) təşkil edir. Bu, dəmir yolu şəbəkəsinin ötürmə qabiliyyətini 1,5-2 dəfə artırmağa imkan verəcək”, - deyə V.İvanov bildirib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?