8 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Martda 15,8 milyon dollarlıq mebel idxal olunub

Bu ilin yanvar-mart aylarında ölkəyə 32 443,03 min ABŞ dolları dəyərində mebel və onun hissələri idxal olunub.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2022-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 10 532,67 min dollar və ya 48,1 faiz artıb.

Cari ilin fevral ayı ilə müqayisədə isə martda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 8 219,47 min dollar və ya 2 dəfədən çox artıb. Martda ölkəyə 15 783,64 min dollar dəyərində mebel məhsulları idxal olunub.

Qeyd edək ki, cari ilin ilk rübündə bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,81 faizə bərabər olub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-mart aylarında ölkədə 52,2 milyon manat dəyərində mebel istehsal edilib. Bu, bir il öncəki müvafiq göstəricini 6,1 faiz üstələyir.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?