7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ekologiya sahəsi üzrə yeni dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 28540:2023 “Suda 16 politsiklik aromatik karbohidrogenlərin (PAH) təyini. Kütlə-spektrometrik aşkarlama ilə qaz xromatoqrafiyasından istifadə üsulu (GC-MS)” dövlət standartını qəbul edilib.

İnstitutdan “vergiler.az”a verilən məlumata görə, dövlət standartı 0,005 μq/l-dən yuxarı kütlə konsentrasiyaları olan içməli suda və yeraltı sularda, 0,01 μq/l-dən yuxarı kütlə konsentrasiyası olan səth sularında ən azı 16 seçilmiş PAH-ın təyini üçün metod müəyyən edir. Dövlət standartı asılı maddə miqdarı 150 mq/l-ə qədər olan su nümunələri üçün də istifadə edilə bilər. Bu üsul bəzi dəyişikliklər edilərək tullantı sularının analizi üçün də uyğundur. Bu metod hər bir hal üçün təsdiqlənməsi şərti ilə digər PAH-lara da tətbiq oluna bilər.

Yeni standart "Ekologiya” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 09) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?