12 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Akkreditasiya Mərkəzinin nümayəndə heyəti Serbiyaya işgüzar səfər edib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin nümayəndələri Serbiyanın Belqrad şəhərinə səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının Çoxtərəfli Saziş Şurasının (MAC) 48-ci iclasında iştirak edib.

Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata əsasən, iclasda Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı və Beynəlxalq Akkreditasiya Forumu (IAF) prosedurları ilə bağlı həmkar qiymətləndirilməsi meyarlarında və prosedurlarında yeniliklərin müzakirəsi, akkreditasiya orqanlarında aparılmış həmkar qiymətləndirmələrinin nəticələrinə dair hesabatın dinlənilməsi, akkreditasiya orqanlarının Çoxtərəfli Saziş (MLA) iştirakçısı statusu ilə təltif edilməsi, dayandırılması və ya geri çağırılmasına dair qərarların qəbul edilməsi, həmkar qiymətləndirmələri zamanı standartların yeni nəşrlərinə keçidlə bağlı aşkarlanmış uyğunsuzluqlar və problemlər müzakirə edilib.

Səfər çərçivəsində Serbiyanın Akkreditasiya Orqanı, Yunanıstanın Ellin Akkreditasiya Sistemi və Böyük Britaniya və Şimali İrlandiya Krallığının akkreditasiya orqanı olan UKAS ilə Azərbaycan Akkreditasiya Mərkəzi arasında Anlaşma Memorandumları imzalanıb. İkitərəfli əsasda imzalanmış Memorandumlarda ticarətdə texniki maneələrin aradan qaldırılması, akkreditasiya sahəsində kadrların hazırlanması və təcrübə mübadiləsinin aparılması, uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası, qiymətləndirmədə iştirakın təmin olunması və digər əlaqəli sahələrdə əməkdaşlıq məsələləri öz əksini tapıb.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi