21 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan nümayəndə heyəti Tatarıstanda səfərdədir

Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Tatarıstan Respublikasında səfərdədir.

İqtisadiyyat Nazirliyindən "vergiler.az"a verilən məlumata görə, səfər çərçivəsində iqtisadiyyat naziri Tatarıstanın bir sıra iri müəssisələrinin rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə ölkəmizdə xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış əlverişli biznes və investisiya imkanları barədə məlumat verilib, enerji, maşınqayırma və sənayenin digər sektorlarında əməkdaşlıq və qarşılıqlı maraq doğuran perspektiv layihələr barədə müzakirələr aparılıb. Tatarıstan şirkətləri əməkdaşlıq təkliflərinə dair təqdimat keçiriblər.

Azərbaycan nümayəndə heyəti Tatarıstanın İnnopolis Xüsusi İqtisadi Zonasında (XİZ) müəssisələrin fəaliyyəti ilə tanış olub. XİZ-də təhsil və iqtisadiyyat sektorları arasında qurulmuş uğurlu sinerji və rezidentlər tərəfindən qabaqcıl texnologiyalar əsasında istehsal edilən innovasiya əsaslı məhsullar və texnoloji yeniliklər barədə məlumat verilib. XİZ-ə səfər çərçivəsində həmçinin, Azərbaycanın sənaye zonalarındakı biznes subyektləri ilə əməkdaşlıq və birgə investisiya layihələrinin reallaşdırılması imkanlarına dair fikir mübadiləsi aparılıb.

Tatarıstanın İnnopolis Universitetində olan Azərbaycan nümayəndə heyətinə təhsil müəssisəsinin tədris proqramları, iqtisadiyyatın müxtəlif sektorları üzrə həyata keçirilən elmi-texniki yeniliklər barədə məlumat verilib.

Kazanda yerləşən Ximqrad Texnopolisini ziyarət edən nümayəndə heyətinə Texnopolisin fəaliyyəti, əsasən kimya sənayesində kiçik və orta sahibkarlıq subyektləri üçün yaradılan imkanlar barədə məlumat verilib. Rezidentlər tərəfindən istehsal edilən kimya, əczaçılıq, polimer və s. sənaye məhsullarının, maşın və avadanlıqların təqdimatı keçirilib. Texnopolisdə fəaliyyət göstərən müəssisələrlə Azərbaycanın sənaye parklarının rezidentləri arasında tərəfdaşlıq və müştərək layihələrin icrası imkanları nəzərdən keçirilib.

Qeyd edək ki, səfər çərçivəsində Kazan şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası və Tatarıstan-Azərbaycan biznes forumu keçiriləcək.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?