25 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Virtual aktivlərlə aparılan əməliyyatlar tənzimlənəcək

Azərbaycan Mərkəzi Bankı tərəfindən “Azərbaycan Respublikasında virtual aktivlərlə əməliyyatların aparılması Qaydası”nın təsdiq olunması virtual məkanda aparılan əməliyyatların tənzimlənməsinə şərait yaradacaq.

Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, sənəd yeni təsdiq olunduğu üçün bu istiqamətdə bazar iştirakçılarının konkret mövqeləri barədə nəsə demək tezdir.

“Əlbəttə, bu sahədə fəaliyyət bu və ya digər şəkildə mövcud idi. İndi isə hüquqi baza, fəaliyyət mexanizmləri və qaydalar tənzimlənən formaya gətirildi. Yəni artıq istənilən virtual sahədə apardığımız və ya aparacağımız bütün əməliyyatların bir çərçivəsi və qaydası müəyyən edildi. Söhbət elektron cüzdandan tutmuş kriptovalyutalaradək bütün əməliyyatlardan gedir”, - deyə Z.Nuriyev qeyd edib.

“Azərbaycan Respublikasında virtual aktivlərlə əməliyyatların aparılması Qaydası” ilə aşağıdakı linkdən tanış olmaq olar:

https://e-qanun.az/framework/53634

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?