7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bankların kredit portfelində artım var

Bu ilin mart ayında bankların kredit portfeli 1,4 faiz və ya 281,2 milyon manat artaraq 20 038,6 milyon manata çatıb.

vergiler.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kredit portfelinin strukturunda biznes kreditlərinin payı 54,8 faiz (10 971,4 milyon manat), istehlak kreditlərinin payı 29,7 faiz (5 942,4 milyon manat), ipoteka kreditlərinin payı isə 15,6 faiz (3 124,8 milyon manat) təşkil edib.

Cəmi kredit portfelində (BOKT-lar və kredit ittifaqları daxil olmaqla) vaxtı keçən kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,9 faiz bəndi azalaraq 2,9 faiz olub.

Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 81,9 faizi və ya 31 933,2 milyon manat). Depozit portfelinin 63,3 faizi (20 213,7 milyon manatı) hüquqi şəxslərin, 36,7 faizi (11 719,5 milyon manatı) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?