31 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması üzrə işlər davam etdirilir

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovla görüşüb.

Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verildiyi vurğulanıb. Qeyd edilib ki, dövlət başçılarının səfərləri, keçirilən yüksək səviyyəli görüşlər strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafına təkan verib. Bildirilib ki, bu ilin fevralında Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu əməkdaşlığımızın genişləndirilməsi üçün yeni üfüqlər açıb. Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ötən ilin avqustunda keçirilən iclasında əldə olunan razılıqların uğurla həyata keçirilməsi istiqamətində atılan məqsədyönlü addımlar da səmərəli nəticələr verir. Bildirilib ki, qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var. Bu məqsədlə Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması üzrə işlər davam etdirilir.

Ləziz Kudratov ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb, işgüzar münasibətlərin, Özbəkistan və Azərbaycan regionları arasında əlaqələrin qurulmasının qarşılıqlı faydalı tərəfdaşlığımızı daha da gücləndirəcəyini bildirib. Qeyd olunub ki, Azərbaycandakı əlverişli biznes imkanları Özbəkistan sahibkarlarının ölkəmizdəki sənaye zonalarına investisiya yatırmağa və birgə layihələr icra etməyə marağını artırır.

Tərəflər sənaye, energetika, kənd təsərrüfatı, investisiya, kiçik və orta biznes, ticarət, nəqliyyat-tranzit və digər sahələrdə tərəfdaşlığın gücləndirilməsi baxımından əhəmiyyət kəsb edən məsələlər barədə də fikir mübadiləsi aparıblar.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?