20 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadi Elmi Tədqiqat İnstitutunda yeni kitabların təqdimatı keçirilib

İqtisadi Elmi Tədqiqat İnstitutunda İdarə Heyəti sədrinin birinci müavini i.e.d. Arzu Hüseynovanın “Rəqəmsal iqtisadiyyat: İzahlı lüğət” kitabı və dövlət başçısının sərəncamları ilə “Füzulinin azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, İnstitutun İqtisadi inkişaf siyasətinin təhlili şöbəsinin elmi işçisi Faiq Qasımlının “Nəticəəsaslı Monitorinq və Qiymətləndirmə Sistemi: Metodoloji Tövsiyələr” kitablarının təqdimatı keçirilib.

vergiler.az” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə müvafiq elm adamları və sahə mütəxəssisləri iştirak ediblər.

İnstitutun İdarə Heyətinin sədri Mahir Hümbətov təqdimatda bildirib ki, kitablar fərqli mövzularda olsalar da, hər ikisi Azərbaycan dilində iqtisadi biliklər barədə maariflənməyə töhfə verməyə hesablanıb. “Rəqəmsal iqtisadiyyat: İzahlı lüğət” kitabına rəqəmsal iqtisadiyyat üzrə 608 termin daxil edilib. Kitab dörd hissədən: Azərbaycan dilində rəqəmsal iqtisadiyyata aid terminlərin izahından, həmin terminlər üzrə ingilis – Azərbaycan dilləri, rus–Azərbaycan dilləri və Azərbaycan–ingilis–rus dilləri lüğətlərindən ibarətdir.

“Nəticəəsaslı Monitorinq və Qiymətləndirmə Sistemi: Metodoloji Tövsiyələr” kitabında ən qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq monitorinq və qiymətləndirmənin aydın anlayışları və sistemin qurulmasına dair müxtəlif tətbiqi alətlərə dair praktiki nümunələr verilib. Kitab struktur etibarilə monitorinq və qiymətləndirmənin müvafiq sahədə ümumi vəziyyətin diaqnostikasından başlayaraq, sistemin dayanıqlılığının təmin edilməsi üçün zəruri olan fəaliyyətlərindən də bəhs edir.

Tədbirdə kitabların əhatə etdiyi məsələlərlə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?