17 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Özəl tibb müəssisələrinin nümayəndələri ilə görüş keçirilib

Özəl tibb müəssisələrinin nümayəndələri ilə görüş keçirilib

Səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazlarının qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyat və sağlamlığına mənfi təsirinin qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində özəl tibb müəssisələrinin nümayəndələri ilə görüş keçirilib.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, görüşdə bu sahədə mövcud vəziyyət, çatışmazlıqlar və onların aradan qaldırılması üsulları müzakirə olunub və özəl tibb müəssisələri tərəfindən həyata keçirilməsi zəruri olan tədbirlər barədə məlumat verilib.

Bildirilib ki, qanunvericiliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində tipi təsdiq edilməyən, metroloji norma və qaydalara uyğunluğu baxımından dövri yoxlanılmaya təqdim edilməyən tibbi ölçü cihazlarının istifadəsi qadağandır.

Qaydalara uyğun olaraq, özəl tibb müəssisələrinin istifadəsində olan ölçmə vasitələrinin tipinin təsdiq edilməsi təmin edilməli, ölçmə vasitələri dövri yoxlamadan keçirilməli, ölçmələrin nəticələrinin təhrif olunmasına səbəb ola bilən icazəsiz sazlanma aparılmamalı və ölçmə vasitələrinə müdaxilə edilməməlidir. Yararsız ölçmə vasitələrindən istifadə yolverilməzdir.

Özəl tibb müəssisələrinin nümayəndələrinin diqqətinə çatdırılıb ki, müvafiq sahədə qanunvericiliyin tələblərinə əməl edilməməsi məsuliyyətə səbəb olur.

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?