16 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Türkiyənin tranzit potensialından maksimum istifadəsi müzakirə olunub

Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin müdiri Ünal Baylanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Limanına səfər edib. Görüş zamanı qonaqlara Bakı Limanının fəaliyyəti, Avrasiyanın logistika mərkəzi kimi Bakı Limanın regional əlaqələrin qurulmasında apardığı fəaliyyət, icra edilən və prespektiv layihələr barədə məlumat verilib.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin yaydığı məlumata görə, görüş zamanı regionun nəqliyyat dəhlizlərinin əlaqələndirilməsində aparıcı rol oynayan Bakı Limanı vasitəsi ilə Türkiyədən də keçməklə Avropa və Asiya arasında sürətli yük daşınmasının həyata keçirildiyi və bu strategiyanın daha da genişləndirilməsi imkanları barədə müzakirə aparılıb. Görüşdə Şərq-Qərb arasında qlobal səviyyədə etibar və diqqət qazanan nəqliyyat marşrutu - Orta Dəhliz vasitəsilə Azərbaycanın və Türkiyənin tranzit potensialından maksimum istifadə olunması imkanlarından da bəhs edilib.

Nümayəndə heyəti Bakı Limanının terminallarına da səfər edərək yüklərin tranzit keçidinin təşkili prosesi ilə tanış olub, qaydalarla bağlı məlumat alıblar.

Qeyd edək ki, nümayəndə heyəti Azərbaycan və Türkiyənin dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən qurumları arasında əməkdaşlığın müzakirə edilməsi məqsədilə ölkəmizədə səfərdədir və aidiyyatı strukturlarla görüşlər keçirirlər.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?