12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlığın İnkişafı Fondu 2022-ci ili mənfəətlə başa vurub

İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun (SİF) 2022-ci il üzrə əməliyyat gəlirləri 14 375 min manat, ehtimal olunan kredit zərərlərinin azalması üzrə gəlirləri 8 945 min manat təşkil edib.

SİF-dən “vergiler.az”a verilən məlumata görə, əməliyyat və vergi xərcləri 7 811 min manat olmaqla, Fond 2022-ci ili 15 509 min manat mənfəətlə başa vurub.

31 dekabr 2022-ci il tarixinə SİF-in cəmi aktivləri 951 891 min manat, öhdəlikləri 20 min manat, kapitalı isə 951 871 min manat təşkil edib.

Qeyd edək ki, Fondun illik maliyyə hesabatlarının beynəlxalq mühasibat uçotu standartlarına uyğunluğu müstəqil audit şirkətləri tərəfindən hər il yoxlanılır. 2022-ci ilin maliyyə hesabatları “Baker Tilly Azərbaycan” audit şirkəti tərəfindən audit olunub və hesabatlara müsbət auditor rəyi verilib. Audit rəyinə əsasən, maliyyə hesabatları Fondun 31 dekabr 2022-ci il tarixinə olan maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?