26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sadiq Qurbanov: “Yeni yaranan subyektlərin paylayıcı və ötürücü elektrik şəbəkələrindən şəffaf istifadəsi təmin ediləcək”

Milli Məclisin iclasında “Elektroenergetika haqqında” Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “vergiler.az”a açıqlamasında yeni qanunun əhəmiyyəti və energetika sahəsinə gətirəcəyi yenilikləri şərh edib. Onun sözlərinə görə, qanunda istehsal olunan enerjinin ötürmə və paylama fəaliyyətinin rəqabətqabiliyyətli istehsal və satış növlərindən ayrılması nəzərdə tutulub.

“Bununla istehsalda və satışda müstəqil subyektlər yarana bilər. Yeni yaranan subyektlərin paylayıcı və ötürücü elektrik şəbəkələrindən bərabərhüquqlu və şəffaf istifadəsi təmin ediləcək”, - S.Qurbanov qeyd edib.

O, “Elektroenergetika haqqında” Qanunun tələbi ilə dövlət elektroenergetika müəssisəsi olan Azərenerji ASC və təchizatçı müəssisəsinin bazasında enerji sisteminin idarə edilməsini həyata keçirən ötürücü sistem və enerjinin paylanmasını təmin edən paylayıcı sistem operatorlarının yaradılacağını deyib: “İslahatlar tam başa çatdıqdan, yəni 2028-ci ildən sonra yeni strukturların yaradılması bazarda elektrik enerjisi qiymətlərinin liberallaşmasına imkan verəcək. Enerjinin topdansatış və pərakəndə satış qiymətləri bazar vasitəsilə müəyyənləşdiriləcək. Ötürmə və paylama tarifləri isə dövlət tərəfindən tənzimləcək. Müstəqil bazar operatoru mərkəzləşdirilmiş bazarın, ötürücü sistem operatoru isə balanslaşdırıcı və köməkçi xidmətlər bazarının işini təşkil edəcək. Bütün elektroenergetika sahələri üzrə dövlət tənzimlənməsini isə tənzimləyici həyata keçirəcək”.

S.Qurbanovun sözlərinə görə, qanun işə düşdükdən sonra bu sahəyə dövlət subsidiyaları və dövlət investisiyasının cəlb olunmasının dayandırılacağı gözlənilir. Xərclər və investisiyalar bazarda formalaşan qiymətlər və xərc əsaslı tariflər hesabına təmin ediləcək. Bu da bazarda rəqabətin formalaşması, investisiyanın cəlb edilməsi və enerjinin qiymətləri üçün əlverişli mühit yarada bilər.

Xatırladaq ki, ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və təchizatı fəaliyyətinin hüquqi və idarəçilik cəhətdən ayrılması, müstəqil təchizat subyektlərinin təşviqi, zəruri tənzimləyici mühitin formalaşdırılması ilə bazar prinsiplərinin tətbiqi nəzərdə tutulub. Burada məqsəd vətəndaşların, habelə iqtisadiyyatın əlçatan, etibarlı, keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsidir.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?