14 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda daşınmaz əmlakın qeydiyyatı artıb

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-mart ayları ərzində muxtar respublika üzrə ümumilikdə 2276 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb.

vergiler.az” Xidmətin yaydığı məlumata istinadən xəbər verir ki, hesabat dövründə Naxçıvan şəhəri üzrə 974, Şərur rayonu üzrə 381, Babək rayonu üzrə 326, Ordubad rayonu üzrə 104, Culfa rayonu üzrə 201, Şahbuz rayonu üzrə 171, Kəngərli rayonu üzrə 86, Sədərək rayonu üzrə 33 obyekt qeydiyyata alınıb.

2022-ci ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınan daşınmaz əmlak obyektlərinin sayı 29 faiz artıb.

Birinci rübdə qeydiyyata alınan daşınmaz əmlak obyektləri bölmələr üzrə 757 torpaq sahəsi, 65 qeyri-yaşayış binası, 89 qeyri-yaşayış sahəsi, 417 mənzil, 919 fərdi yaşayış evi, 1 çoxmərtəbəli yaşayış binası, 28 əmlak kompleksi təşkil edir.

Hesabat dövründə daxil olmuş müraciətlər əsasında 808 əmlaka dair texniki pasport, 959 torpaq sahəsinə dair plan-ölçü olmaqla, ümumilikdə 1767 texniki sənəd tərtib edilib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz çoxdur. Hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair 1332 arayış verilib, elektron informasiya sistemi vasitəsilə 599 əmlaka dair məhdudiyyət və yüklülük haqqında məlumat isə notariat ofislərinə təqdim olunub.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?