15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Asiya və Sakit Okean regionunda yerləşən ölkələrin iqtisadiyyatının 4,8 faiz böyüyəcəyi pronozlaşdırılır

Asiya İnkişaf Bankı (AİB) bu il Asiya və Sakit Okean regionunda inkişaf etməkdə olan ölkələr üçün daha sürətli artım proqnozlaşdırır. “vergiler.az” xəbər verir ki, bu barədə “Asiyanın İnkişaf Perspektivləri (ADO)” hesabatının aprel sayında məlumat verilib. Hesabatda proqnoza səbəb kimi pandemiya məhdudiyyətlərinin davamlı şəkildə yumşaldılaraq istehlak, turizm və investisiyalarda artıma nail olunması göstərilib:

“Sıfır COVID strategiyasından imtina edən Çin Xalq Respublikasının (ÇXR) məhdudiyyətlərdən imtinası regionun inkişaf perspektivlərini canlandıran əsas amildir. Asiya və Sakit Okean regionunda yerləşən ölkələrin iqtisadiyyatı 2022-ci ildəki 4,2%-lik artım tempini davam etdirərərk bu il və gələn il 4,8% böyüyəcək. ÇXR istisna olmaqla, Asiyanın inkişaf etməkdə olan ölkələrində iqtisadiyyatın bu il 4,6%, 2024-cü ildə isə 5,1% artacağı gözlənilir. Ayrı-ayrı ölkələrin iqtisadiyyatları arasında əhəmiyyətli fərq olsa da, regionda inflyasiyanın pandemiyadan əvvəlki səviyyələrə doğru tədricən azalacağı proqnozlaşdırılır”- hesabatda qeyd olunub.

Bununla belə, gələcək üçün risklərin davam etdiyi açıqlanıb. Rusiyanın Ukraynada uzun müddətdir davam edən hərbi əməliyyatları əmtəə qiymətlərində və qlobal inflyasiyada yenidən artıma, eləcə də pul siyasətinin daha da sərtləşməsinə səbəb ola bilər. Son on ildə və pandemiya zamanı borcun artması ilə birlikdə daha sərt qlobal maliyyə şərtləri maliyyə sabitliyi risklərini artırıb. Buna misal kimi ABŞ və Avropada bank sektorunda son dövrlərdə baş verən qarışıqlığı göstərə bilərik. ADO-nun 2023-cü ilin aprel nəşrinə əsasən, bu risklər diqqətlə izlənilməli və mütəmadi şəkildə qarşısı alınmalıdır.

Hesabata əsasən, ÇXR ötən ilin dekabrında sıfır COVID strategiyasını ləğvi edib. 2022-ci ildə iqtisadi artımının həcmi 3 % olan ÇXR-də iqtisadiyyatın bu il 5%, 2024-cü ildə isə 4,5% böyüyəcəyi gözlənilir. Hindistanda isə sağlam daxili tələbat hesabına bu il 6,4%, gələn il 6,7% iqtisadi artım proqnozlaşdırılır.

“Turizmdə canlanma və dayanıqlı daxili təlabat İndoneziya, Filippin və Vyetnam kimi Cənub-Şərqi Asiya ölkələrinin iqtisadiyyatını gücləndirir. Bu sub-region iqtisadiyyatının cari il 4,7%, 2024-cü ildə isə 5% böyüyəcəyi proqnozlaşdırılır. Qafqaz və Mərkəzi Asiya ölkələrində də sabit artım gözlənilir. Bu sub-regionda artımın 2023-cü ildə 4,4% və 2024-cü ildə isə 4,6% həcmində olacağı proqnozlaşdırılır. Ölkələrin turistlər üçün sərhədləri yenidən açmağa davam etməsi və turizmin bərpası Sakit Okean regionunda artıma təkan verir və illik böyümənin 2023-cü ildə 3.3%, 2024-cü ildə isə 2,8% olacağı ehtimal olunur” – deyə hesabatda qeyd olunub.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?