15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Eldəniz Əmirov: “Manatın məzənnəsi üçün hər hansı təhdid yoxdur”

Son vaxtlarda FED və Azərbaycan Mərkəzi Bankının monetar siyasətində bir sinxronluq müşahidə edilir. Bu, başa düşüləndir. “vergiler.az” xəbər verir ki, bu fikri iqtisadçı Eldəniz Əmirov Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsinin artırılması ilə bağlı son qərarını şərh edərkən səsləndirib.

O, qeyd edib ki, qərarda təkcə ölkədaxili deyil, eyni zamanda xarici faktorların, xüsusilə, FED-in qərarları ilə dolların dəyər dinamikası nəzərə alınıb. Uçot dərəcəsinin yenidən qaldırılmasında əsas məqsəd inflyasiyanın cilovlanmasıdır:

“Uçot dərəcəsi artırılırsa, deməli, infilyasiya səngimir ki, bu addım atılır. Digər bir maraqlı məqam da Mərkəzi Bankın 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozunu yenidən təsdiqləməsidir. Bununla 2022-ci ildəki infilyasiya 6 faiz bəndi azalacaq. İlk baxışdan 8%-lik proqnoz və uçot dərəcəsinin davamlı artırılması təzadlı görünə bilər. Yəni sual yarana bilər ki, əgər inflyasiyanın 6 faiz bəndi enərək 8%-ə düşəcəyi proqnoz edilirsə, uçot dərəcəsi niyə qaldırılır? Axı uçot dərəcəsinin qaldırılması həm də iqtisadi aktivliyi boğur? Amma inflyasiyanın aşağı proqnozu ilə uçot dərəcəsinin artırılması arasında məntiqi əlaqə var: məqsəd uçot dərəcəsinin davamlı artırılması hesabına infilyasiyanın 8%-ə endirilməsinə nail olmaqdır”.

E.Əmirov uçot dərəcəsinin artırılmasının həm xarici, həm də daxili faktorlara görə vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, may ayında uçot dərəcəsinin yenidən artırılması ehtimalı istisna deyil. Bu artımın təsirlərinə gəlincə, hazırda manatın məzənnəsi üçün hər hansı təhdid yoxdur: “Nəzərə alsaq ki, manatın arxasında 9 milyard dollardan artıq valyuta ehtiyatına malik Mərkəzi Bank durur və manata ciddi təzyiq etməyə hazır olan dolların məzənnəsini əlində bərk saxlayıb, deməli, hələlik manatın məzənnəsi ilə bağlı hər hansı qorxu yoxdur. Bu prosesin nə qədər nəzarətdə saxlanıla biləcəyi isə bir çox faktorlardan asılıdır”.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının martın 29-da verdiyi qərara əsasən, uçot dərəcəsi 8,75%-ə, faiz dəhlizinin aşağı həddi 7%-ə, yuxarı həddi isə 9,75%-ə qaldırılıb.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?