26 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mateo Villamil-Valensiya: “Azərbaycan gülçülük təsərrüfatlarını Kolumbiyadan gətirilən sortlar hesabına gücləndirib”

Kənd təsərrüfatı Azərbaycan üçün vacib sahədir və Kolumbiyanın bu baxımdan təklif edəcəyi çox şey var. Bunu “vergiler.az”a iqtisadçı ekspert, İsveçin Malmö Universitetinin Qlobal siyasi tədqiqatlar fakültəsinin əməkdaşı Mateo Villamil-Valensiya deyib.

“Söhbət hər iki tərəf üçün sərfəli istehsal zəncirlərindən, xüsusilə təzə meyvə, süd məhsulları, qəhvə, kakao istehsalı və heyvandarlıqdan gedir. Hər iki ölkə iqtisadi əlaqələri gücləndirməyə çalışır. Kolumbiya Azərbaycan şirkətlərini qəhvə, kakao və aqroturizm zəncirləri ilə bağlı 20 mindən çox ziyarətçisi olan 2022 FICCA sərgisi kimi tədbirlərə investisiya qoymağa çağırıb”, - ekspert deyib.
O, qeyd edib ki, Azərbaycanın beynəlxalq miqyasda əsas enerji istehsalçılarından biri olması ona böyük investisiyalar yatırmaq imkanları verir.

Onun sözlərinə görə, Kolumbiya Enerji Keçid İndeksində yüksək yer tutur və 2020-ci ildə qeyri-mədən enerji sektoruna 4 milyard dollardan çox birbaşa xarici investisiya qoyulub.

“2012-ci ildən ölkələrimiz Azərbaycan təcrübəsinin və texnologiyasının həlledici rol oynadığı neft-qaz sektorunda əməkdaşlıq edirlər. Bundan başqa, Azərbaycan gülçülük təsərrüfatlarını dünyanın ən böyük gül istehsalçılarından olan Kolumbiyadan gətirilən gözəl sortlar hesabına gücləndirib. 2018-ci ildə ölkələrimiz gül ticarətinin maksimum səviyyəsinə çatıblar”, - Mateo Villamil-Valensiya bildirib.

Ekspert qeyd edib ki, Azərbaycanda qəhvə istehlakında güclü inkişaf var və 2022-ci ildə Bakıda ilk qəhvə festivalı təşkil edilib. “Bu sahədə imkanlar çox genişdir. Nəhayət, Kolumbiyada Azərbaycan üçün çox yaxşı investisiya imkanları təklif edən iki böyük sektor var. Bunlardan biri infrastruktur və loqistika, digəri isə otel və turizm infrastrukturudur”, - Mateo Villamil-Valensiya əlavə edib.

Tamilla MƏMMƏDOVA

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?