31 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat Nazirliyində “Data Governance” layihəsinin icrasına başlanılıb

“Data Governance” istehsal olunan məlumatların keyfiyyətinin artırılması, təhlükəsizliyinin təmin edilməsi və mübadiləsinin genişləndirilməsi baxımından əlverişli platformadır.

İqtisadiyyat Nazirliyində “Elektron hökumət”in tələblərinə uyğun olaraq, G2G (dövlət qurumlarının daxili biznes proseslərinin rəqəmsallaşdırılması və dövlət qurumları arasında elektron məlumat mübadiləsinin yaradılması), G2B (dövlət qurumları ilə biznes sektoru arasında elektron məlumat mübadiləsinin təşkili), G2C (dövlət qurumları ilə vətəndaşlar arasında əlaqələrin elektron platforması) istiqamətləri üzrə göstərilən xidmətlərin tam olaraq rəqəmsallaşdırılması istiqamətində işlər davam etdirilir.

Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, bu istiqamətlər üzrə keyfiyyətli, dayanıqlı və əlçatan xidmətlərin təşkili məqsədilə reallaşdırılan rəqəmsal layihələrin davamı olaraq, “Data Governance” (Məlumat İdarəetməsi) layihəsinin icrasına başlanılıb. Layihənin məqsədi nazirliyin fəaliyyət istiqamətləri üzrə göstərilən xidmətlər zamanı məlumatların idarə edilməsi və etibarlılığı üçün həllər toplusunun formalaşdırılmasıdır.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?