15 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rəqabətli keçən hərracda 25 nəqliyyat vasitəsi satılıb

Fevralın 28-də keçirilən hərracda 25 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 318 sifariş qəbul edilib, bunun 40-ı elektron qaydada həyata keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, budəfəki hərracda Avropa və Cənubi Koreya istehsalı olan avtomobillərə maraq daha çox olub. Belə ki, ilkin satış qiyməti 14 000 manat olan “Land Rover Defender” markalı avtomobilə ən son təklif 3,5 dəfə çox artaraq 48 700 manata yüksəlib. Bundan başqa, ilkin satış qiyməti 12 000 manata olan “Hyundai İX-35” markalı nəqliyyat vasitəsi 21 200 manata satılıb.

28 fevral hərracında satılan avtomobillər üzrə dövlət büdcəsinə 273 150 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Növbəti hərraclar 7, 10 mart tarixlərində keçiriləcək. Hərraclara 113 əmlak çıxarılacaq.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?