7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət satınalmalarının vahid internet portalı - “Etender.gov.az” yenilənib

Etender.gov.az” - dövlət satınalmalarının vahid internet portalının istifadəçi interfeysi və funksionallığında dəyişikliklər edilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata əsasən, yeni interfeysdə məlumatların əlçatanlığı və istifadəçi rahatlığı nəzərə alınaraq bir sıra yeniliklər tətbiq edilib. Bu yeniliklərə müsabiqələrin paylaşılması üçün fərdi keçidlərin hazırlanması və mobil versiyanın yaradılması daxildir.

Qeyd edilib ki, 1 mart 2019-cu il tarixindən istifadəyə verilən portal dövlət investisiyaları vəsaiti hesabına həyata keçirilən müsabiqələrdə geniş rəqabət mühitinin yaradılmasına və satınalma prosedurlarında şəffaflığın təmin edilməsinə xidmət edir.

O da bildirilib ki, dövlət satınalmalarının vahid internet portalının operatoru olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən portalda təkmilləşdirmə işləri davam etdirilir. Cari dəyişikliklərin tam siyahısı, o cümlədən digər yeniliklər barədə portalın xəbərlər bölümü vasitəsilə ətraflı məlumat əldə etmək olar.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?