13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-neft sektoruna cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi artıb

2022-ci ilin 9 ayında qeyri-neft sektoruna cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 2,4 dəfə artaraq 1,4 mlrd. ABŞ dolları təşkil edib.

vergiler.az” xəbər verir ki, bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda yaradılmış investisiya mühiti ilə bağlı potensial investorların ətraflı məlumat əldə edə bilməsi üçün investisiya bələdçisi ("Investment Guide") hazırlanıb. İxracın və investisiyaların təşviqi üzrə proseslərin idarə olunması məqsədilə CRM (Müştərilərlə Əlaqələrin İdarə edilməsi Sistemi) sistemi, investisiyaların təşviqi üçün yeni "investinazerbaijan.gov.az" rəqəmsal platforması yaradılıb. Qeyri-neft sektorunun müxtəlif istiqamətlərinə xarici investisiyaların cəlbi, biznes və investisiya mühitinin daha da optimallaşdırılması, biznes dairələr arasında ikitərəfli əlaqələrin qurulması məqsədilə Təl-Əviv, Doha, İstanbul kimi şəhərlərdə "Investment Roadshow" tədbirləri (investorlarla ikitərəfli görüş formatında) keçirilib.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?