13 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ukraynalı deputatlar Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə tanış olublar

Ukraynalı deputatlar Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə tanış olublar

Ukrayna Ali Radasının deputatlarına işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən nəqliyyat infrastrukturu layihələri, o cümlədən Zəngəzur dəhlizi üzrə görülən işlər barədə məlumat verilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, Ukrayna tərəfi ilə əməkdaşlıq məsələləri nazir müavini Rəhman Hümmətovun Azərbaycanda səfərdə olan Ukrayna Ali Radasının deputatları, Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Vladimir Kreydenko, dostluq qrupunun üzvləri Anton Şvaçko və Nikolay Qaluşko ilə görüşü zamanı müzakirə olunub.

Görüşdə iki ölkə arasında nəqliyyat infrastrukturu, Orta dəhlizlə yük daşımaları, elektron hökumət və innovasiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə də toxunulub.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?