5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İslam İnkişaf Bankı Azərbaycan iqtisadiyyatına 1 milyard dollara yaxın investisiya yatırıb

İslam İnkişaf Bankı (İİB) tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 18 layihə çərçivəsində 1 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb.

vergiler.az” İqtisadiyyat Nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarovun Azərbaycanda səfərdə olan İİB Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bildirilib.

Nazir Azərbaycanın İİB ilə əlaqələrin genişlənməsində maraqlı olduğunu, işğaldan azad edilmiş ərazilərimizin bərpası sahəsində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb, bu ərazilərdə dayanıqlı infrastruktur şəbəkəsinin qurulması ilə bağlı layihələrin dəstəklənməsinin önəmini bildirib.

Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə tərəfdaşlıq, KOB İnvestisiya Fonduna Bankın vəsaitlərinin cəlb edilməsi, rəqəmsal iqtisadiyyatın və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə Azərbaycanın və regionun inkişafına yönəlmiş layihələrdə İİB ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub, təkliflər səsləndirilib.

Məhəmməd Süleyman Əl-Casiri Azərbaycanda aparılan iqtisadi islahatların İİB tərəfindən dəstəkləndiyini vurğulayıb, əlaqələrin inkişafı istiqamətlərinə dair fikirlərini bölüşüb. O, İİB-in bundan sonra da Azərbaycanda həyata keçirilən layihələrdə fəal iştirak edəcəyini diqqətə çatdırıb.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması