13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AzerGold” Özbəkistanla qızıl yataqlarının işlənməsi sahəsində əməkdaşlıq edəcək

24 fevral 2023-cü il tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Özbəkistanın Dağ-mədən İşi və Geologiya Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma və Razılaşma Memorandumu imzalanıb.

“AzerGold” QSC-dən “vergiler.az”a verilən məlumata əsasən, Özbəkistan ərazisində geoloji kəşfiyyat işlərinin aparılması və aşkar edilmiş qızıl yataqlarının işlənməsi sahəsində birgə əməkdaşlığın qurulması niyyətini ehtiva edən sənədi “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Özbəkistanın dağ-mədən işi və geologiya nazirinin müavini Azam Kadirxocayev imzalayıblar.

Memoranduma əsasən, “AzerGold” QSC tərəfindən Özbəkistanda nəcib metal filizi təzahür sahələri barədə mövcud geoloji məlumatların öyrənilməsi, qızıl yataqlarının tədqiqi və işlənilməsi ilə bağlı fəaliyyətə təcrübəli mütəxəssislərin cəlb edilməsi, qarşılıqlı texniki dəstəyin göstərilməsi, layihələrin icrası ilə bağlı konkret təkliflərin hazırlanması nəzərdə tutulub.

Qeyd edək ki, iki ölkə arasında dağ-mədən və geologiya sahəsində birgə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədilə daha əvvəl nümayəndə heyətlərinin qarşılıqlı səfərləri həyata keçirilərək, institusional məsələlər ətrafında müzakirələr aparılıb. Müzakirələr zamanı əlvan və qara metal filizi yataqlarının kəşfiyyatı və hasilatı sahəsində əməkdaşlıq perspektivləri, innovasiya və müasir texnologiyalar, kadr hazırlığı və ixtisasartırma istiqamətləri üzrə təcrübə mübadiləsinin aparılması nəzərdən keçirib, əməkdaşlığın ilkin istiqamətləri ilə bağlı razılıq əldə edilib. Tərəflər dünyanın ən böyük qızıl hasilatçılarından olan, bu sahədə zəngin təcrübəyə malik Özbəkistan Respublikası ilə dağ-mədən və geologiya sahəsində qabaqcıl texnologiyaları tətbiq edən “AzerGold” QSC arasında hər iki ölkə ərazisində ortaq layihələrin icrası istiqamətində qarşılıqlı faydalı işbirliyinin yaradılacağına əminliklərini ifadə ediblər. Bu məqsədlə tərəflər ilkin mərhələdə memorandumda nəzərdə tutulan əməkdaşlıq istiqamətləri üzrə Özbəkistan ərazisində, gələcəkdə isə ölkəmizdə birgə geoloji proqramlar çərçivəsində kəşfiyyat-axtarış işlərinin aparılması, perspektivli yataqların öyrənilməsi və işlənilməsi ilə bağlı tərəfdaşlıq münasibətlərinin yaradılmasını müsbət qiymətləndiriblər.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?