13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daşkənddə Özbəkistan-Azərbaycan İşgüzar Şurasının üçüncü iclası keçirilib

Bu gün Daşkənddə Özbəkistan-Azərbaycan İşgüzar Şurasının üçüncü iclası keçirilib. Tədbirdə müxtəlif nazirliklər, idarələr və işgüzar dairələrin nümayəndələri iştirak ediblər.

Özbəkistan Ticarət və Sənaye Palatasından verilən məlumata görə, tədbirin əsas məqsədi iki ölkə arasında investisiya və ticarət-iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsi, eləcə də işgüzar dairələr arasında əlaqələrin möhkəmləndirilməsidir. Bu məqsədlə Özbəkistan və Azərbaycan üçün prioritet sahələrdə iqtisadi tərəfdaşlığın ardıcıl genişlənməsinə xüsusi diqqət yetirilir.

Özbəkistan Ticarət və Sənaye Palatası sədrinin birinci müavini, İşgüzar Şuranın həmsədri Tura Bobolov deyib ki, son illər Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr fəal inkişaf edir, qarşılıqlı ticarət və birgə biznes layihələrinin sayı sürətlə artır.

İşgüzar Şuranın Azərbaycan tərəfindən həmsədri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalovdur.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?