11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kaiser Navab: “Enerjiyə böyük və artan tələbatı Pakistanı Azərbaycanın enerji şirkətləri üçün cəlbedici bazara çevirir”

Pakistan və Azərbaycan arasında ikitərəfli ticarətin böyük tarixi var və iki ölkə ticarət əlaqələrini genişləndirmək niyyətindədir.

Bunu “vergiler.az”a açıqlamasında pakistanlı iqtisadçı, “Bir kəmər, bir yol” təşəbbüsü üzrə beynəlxalq ekspert Kaiser Navab deyib.

O, Pakistan və Azərbaycan arasında qarşılıqlı faydalı tərəfdaşlıq üçün ən böyük potensiala malik sektorların aşağıdakılar olduğunu vurğulayıb:

- Enerji və infrastruktur. Azərbaycan regionun ən böyük neft və qaz istehsalçılarından biridir və inkişaf etmiş infrastruktura malikdir. Pakistanın enerjiyə böyük və artan tələbatı onu Azərbaycanın enerji şirkətləri üçün cəlbedici bazara çevirir.

- Kənd təsərrüfatı və yeyinti sənayesi. Azərbaycanda qida məhsullarının yetişdirilməsi və emalı üzrə zəngin ənənələrə malik yaxşı inkişaf etmiş kənd təsərrüfatı sektoru var. Pakistandakı böyük və inkişaf etməkdə olan qida sənayesi Azərbaycanın bu sahədəki bilik və təcrübəsindən yararlana bilər.

- Tekstil və moda. Pakistanın və Azərbaycanın zəngin tekstil istehsalı və dizayn tarixi var. Azərbaycan yaxşı inkişaf etmiş moda sənayesinə malikdir və Pakistan tekstil istehsalı və ixracı sahəsində Azərbaycanın təcrübəsindən yararlana bilər.

- İnformasiya texnologiyaları. Həm Azərbaycanda, həm də Pakistanda İT sektoru sürətlə inkişaf edir. Hər iki ölkə bu sahədə daha sıx qarşılıqlı əməkdaşlıqdan faydalana bilər. Pakistanda milli məlumat bazaları və Daxili İşlər Nazirliyinin nəzarəti altında fəaliyyət göstərən NADRA adlı muxtar qurum var. Bu orqan hökumətin məlumat bazalarını tənzimləyir və Pakistanın bütün vətəndaşlarının məxfi qeydiyyat məlumat bazasını statistik olaraq idarə edir. Bu təcrübədən Azərbaycanda da istifadə etmək olar. Dubayda keçirilən Dünya Hökumətlər Sammitində dünyanın ən yaxşı dövlət qulluğu mükafatını almış Azərbaycanın ASAN xidmətinin təcrübəsi də Pakistan üçün faydalı örnəkdir.

- Səhiyyə. Çoxlu sayda pakistanlı həkim və tibb işçisi bütün dünyada, o cümlədən ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya, Almaniya, İtaliya və s. kimi inkişaf etmiş ölkələrdə işləyir. Bu tibb mütəxəssisləri üçün Azərbaycanda böyük əmək bazarı potensialı var.

- Akademik sahə. Pakistan universitetlərinin təqdim etdikləri müxtəlif təqaüdlərə azərbaycanlı tələbələr də müraciət edə bilərlər, eynilə pakistanlı tələbələr də Azərbaycan universitetlərinin təqaüdlərindən yararlana bilərlər. Hər iki qardaş ölkədə bu cür təqaüdlərin sayını artırmaq mümkündür.

- Əyləncə sənayesi. Oxşar mədəniyyətlərə malik hər iki ölkə kino istehsalı sahəsində əməkdaşlığı genişləndirə bilər.

K.Navab yekun olaraq qeyd edib ki, Pakistan və Azərbaycan qarşılıqlı maraq doğuran bir çox başqa sahələri də faydalı iqtisadi tərəfdaşlığa çevirə bilər.

Tamilla MƏMMƏDOVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?