14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vüqar Bayramov: "Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində rolu daha da güclənib"

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində rolu daha da güclənib. Bu fikri Avronest Parlament Assambleyasın 10-cu plenar sessiyasındakı çıxışında millət vəkili Vüqar Bayramov səsləndirib. Onun sözlərinə görə, Azərbaycan 2022-ci ildə Aİ-yə qaz ixracını 40 faiz artıraraq, ümumi ixracını 11,4 milyard kubmetrə çatdırıb:

“Bununla yanaşı, tutumu 31,5 milyard kubmetr olan Cənub Qaz Dəhlizinin tərkib hissəsi kimi Yunanıstan-Bolqarıstan İnterkonnektorunun 2022-ci ildə icrasına başlanılıb. İnterkonnektor vasitəsilə Azərbaycan qazı 2022-ci ildə Bolqarıstana, bu il isə Rumıniyaya çatdırılıb. İnterkonnektorun gücü 3,5 milyard kubmetrdən 5 milyard kubmetrə qədər artırılacaq. Azərbaycanla Moldova, Macarıstan və Serbiya arasında enerji danışıqları aparılır. Bu o deməkdir ki, Mərkəzi və Şərqi Avropadan daha çox ölkə enerji asılılığını azaltmaq üçün yeni alternativ mənbədən qaz alacaq”.

Ötən il Azərbaycan və Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair yeni Anlaşma Memorandumunun imzalandığını xatırladan V.Bayramov əldə olunan razılaşmaya uyğun olaraq, Azərbaycanın 2026-cı ilə qədər Aİ-yə qaz ixracının 2 dəfə artacağını vurğulayıb.

Millət vəkili çıxışında Avropa İttifaqı və Şərqi Tərəfdaşlıq ölkələri arasında nəqliyyat və yükdaşımaların inkişafı məsələlərinə də toxunub: “Azərbaycan son onilliklərdə regionda nəqliyyat dəhlizlərinin inkişafına xeyli sərmayə qoyub. Şərq-Qərb dəhlizinin bir hissəsi kimi Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcmi 2022-ci ildə 29,8% artaraq 51,4 milyon tona çatıb. Azərbaycanın Avropa və Asiya arasında yerləşməsi və inkişaf etmiş infrastruktura malik olması yeni iqtisadi imkanlar yaradır və bu regionun beynəlxalq yükdaşımalar üzrə potensialından daha geniş istifadə edilməsinə gətirib çıxarmaqdadır”.

Xatırladaq ki, Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili və nümayəndə heyətinin üzvləri Tural Gəncəliyev, İltizam Yusifov, Vüqar Bayramov, Soltan Məmmədov və Nurlan Həsənov təşkilatın 10-cu plenar sessiyasında iştirak etmək üçün fevralın 18-dən Moldovanın Kişinyov şəhərində səfərdədirlər.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?