24 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nağd pul dövriyyəsi ilə bağlı qaydalara dəyişiklik ediləcək


“Kredit təşkilatlarında kassa əməliyyatlarının, pul və digər qiymətlilərin saxlanması və inkassasiyasının təşkilinə dair Qaydalar”a dəyişiklik edilməsi gözlənilir. “vergiler.az” xəbər verir ki, bu barədə Mərkəzi Bankın Nağd pul departamentinin Nağd pulun idarə edilməsi şöbəsinin rəisi Anar Dadaşov məlumat verib.

“Yeni texnoloji inkişaf, rəqəmsallaşma və s. kommersiya banklarının işinə də təsir edir. Onlar da öz növbəsində, nağd pul əməliyyatlarında yeni proqram təminatlarını tətbiq etməyə başlayıb. Tənzimləyici kimi Mərkəzi Bank kommersiya bankları üçün normativ hüquqi bazanı hazırlayır. Bankların biznes proseslərində olan dəyişiklikləri daim izləyirik. Texnoloji inkişafdan irəli gələrək onların da biznes proseslərində nağd pul əməliyyatlarında dəyişiklər baş verdiyi üçün 2021-ci ildə “Kredit təşkilatlarında kassa əməliyyatlarının, pul və digər qiymətlilərin saxlanması və inkassasiyasının təşkilinə dair Qaydalar”a yeni dəyişikliklər layihəsi hazırlanıb. Artıq bankların özlərində daxili nağd pul əməliyyatlarının kağız daşıyıcılardan əksər hallarda ya imtina edilməsi və ya onların elektron formada keçirilməsinə icazə verdik. Bu proses davam edir. Hazırda qaydalarla bağlı banklardan təkliflər alınır və bir neçə düzəlişlər nəzərdə tutulub”.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?