Pakistanla ticarət dövriyyəsi artıb
Bu ilin yanvar ayında Azərbaycanın Pakistanla ticarət dövriyyəsinin ümumi həcmi 915,99 min ABŞ dolları və ya 69,2 faiz artaraq 2 239,42 min dollar təşkil edib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk ayında Pakistandan Azərbaycana 1 667,82 min dollar dəyərində məhsul idxal edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 344,39 min dollar və ya 26 faiz üstələyir.
Ötən ay Azərbaycandan Pakistana ixrac edilən məhsulların dəyəri isə 571,6 min dollar təşkil edib. Qeyd edək ki, 2022-ci ilin yanvar ayında bu ölkəyə məhsul ixracı ilə bağlı əməliyyatlar aparılmayıb.