15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əli Məsimli: “Azərbaycan-İtaliya strateji tərəfdaşlığı daha geniş coğrafiyanın maraqlarını ifadə edir”

“Azərbaycan-İtaliya strateji tərəfdaşlığı təkcə iki ölkənin deyil, daha geniş coğrafiyanın maraqlarını ifadə edir”. “vergiler.az” xəbər verir ki, bu fikri millət vəkili Əli Məsimli iki ölkə arasında iqtisadi münasibətləri şərh edərkən səsləndirib. Onun sözlərinə görə, Azərbaycan-İtaliya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi son illərin dövlətlərarası münasibətlərində daha çox diqqət çəkən hadisələrdəndir:

“İtaliya regional və qlobal səviyyədə iqtisadi, hərbi, mədəni və diplomatik sahələrdə məsələlərin həllində önəmli rol oynayır və böyük güc hesab edilən ölkələrdəndir. Avropa İttifaqı da daxil olmaqla, BMT, NATO, OECD, ATƏT, Ümumdünya Ticarət Təşkilatı, G7, G20, Avropa Şurası, Şengen zonası və bir çox başqa beynəlxalq təşkilatların qurucu və ya aparıcı üzvüdür. Azərbaycan-İtaliya münasibətlərinin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlər, hökumətlərarası və parlamentlərarası əlaqələr, eləcə də iki ölkə arasında imzalanmış çoxsahəli, o cümlədən strateji xarakterli sənədlər mühüm rol oynayıb”.

Ə.Məsimli əlavə edib ki, İtaliya Vətən müharibəsi zamanı Azərbaycanın haqq işini müdfiə edən dost ölkələr sırasında olub. Bu, Azərbaycan-İtaliya münasibətlərinin yeni mərhələyə adlamasında mühüm rol oynayıb: “Bu baxımdan, işğaldan azad olunmuş ərazilərimizdə qardaş Türkiyədən sonra İtaliya şirkətlərinin dəstəyi çox diqqətəlayiq hadisədir. İqtisadi əməkdaşlıq çərçivəsində Azərbaycan neftinin böyük bir hissəsi məhz İtaliya bazarlarına çatdırılır. TAP layihəsinin reallaşdırılması Azərbaycan-İtaliya əməkdaşlığının birgə uğurudur. İki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılırvə oradan Avropaya nəql edilir. Cənub Qaz Dəhlizinin İtaliyayadək uzanan yolu boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. Çox mühüm strateji önəm daşıyan bu layihənin reallaşdırılması nəticəsində ölkəmiz Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu çox mühüm bir bazar, Avropa isə Rusiyadan kənar enerji mənbəyi əldə edib. Bu baxımdan, Azərbaycan-İtaliya strateji tərəfdaşlığı təkcə iki ölkənin deyil, daha geniş coğrafiyanın maraqlarını ifadə edir”, – deyə millət vəkili vurğulayıb.

Azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işlərində İtaliya şirkətlərinin fəal iştirak etdiklərini deyən Ə.Məsimli İtaliyanın Ağdam, Füzuli, Qubadlı, Kəlbəcərdə elektik stansiyalarını avadanlıqla təchiz etdiyini bildirib: “Azərbaycan Prezidentinin bildirdiyi kimi, külək, günəş, su elektrik stansiyaları kimi bərpa olunan enerji obyektlərinin quraşdırılmasında daha çox İtaliya şirkətlərini dəvət etmək üçün böyük planlar vardır. Həm Azərbaycanın maliyyələşdirdiyi, həm də İtaliya şirkətlərinin Azərbaycanda icra etdiyi müqavilələrin ümumi dəyəri 10 milyard dollardan çoxdur”.

Ə.Məsimli iki ölkə arasında əməkdaşlığın energetika sahəsi ilə məhdudlaşmadığını deyib: “Yaşıl enerji”, “ağıllı şəhər”, “ağıllı kənd” layihələri əsasında əməkdaşlıq Azərbaycan-İtaliya münasibətlərin yeni mərhələsini təşkil edir. Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Qarşılıqlı faydalılıq və bərabərhüquqluluq prinsipləri əsasında inkişaf edən bu əməkdaşlıq hər iki ölkənin siyasi və iqtisadi maraqlarını təmin etməklə yanaşı, həm də Azərbaycan üçün geosiyasi üstünlüklər yaradır. Çünki Avropanın bir nömrəli probleminə çevrilmiş enerji təhlükəsizliyində neft-qaz-“yaşıl enerji” kombinasiyası üzrə etibarlı tərəfdaş olmaq Azərbaycanın mövqeyinin daha da güclənməsinə xidmət edir”.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?