14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rusiya ilə bir sıra iqtisadi sahələrdə əlaqələrin genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Rusiyaya səfər edib. İqtisadiyyat Nazirliyindən “vergiler.az”a verilən məlumata əsasən, səfər çərçivəsində bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb.

Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaçla görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti və genişləndirilməsi istiqamətləri müzakirə olunub.

Azərbaycan nümayəndə heyətinin Rusiyanın sənaye və ticarət nazirinin müavini Aleksey Qruzdevlə görüşündə gəmiqayırma və metallurgiya sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Rusiyaya səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Kazanda da olub. Rusiya Federasiyası Tatarıstan Respublikasının başcısı (rəisi) Rüstəm Minnixanov nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanın Rusiya Federasiyasının ayrı-ayrı regionları ilə qarşılıqlı faydalı əməkdaşlığı vurğulanıb, Tatarıstanla sənaye, innovasiyalar, kiçik və orta biznesin dəstəklənməsi və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanların olduğu qeyd edilib, iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətləri müzakirə olunub.

Nümayəndə heyətinin Tatarıstanın sənaye və ticarət nazirliyinin nümayəndələri ilə keçirilən işgüzar görüşündə isə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi, sənaye zonaları sahəsində əlaqələrin genişləndirilməsi və s. barədə fikir mübadiləsi aparılıb.

Məlumata əsasən, Tatarıstan Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti əsası 2012-ci ildə qoyulan və xüsusi olaraq İT mütəxəssisləri üçün Rusiyada yaradılan ilk şəhər – İnnopolisin qabaqcıl innovativ texnologiyaları, “Ağıllı şəhər” konsepsiyasına əsaslanan infrastrukturu, eləcə də “Alabuqa” sənaye parkında istehsal prosesi, rezidentlər üçün yaradılmış şərait və investisiya mühiti ilə tanış olub.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?