6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda dövlət satınalan təşkilatları və sahibkarlar üçün təlimlər keçirilir

Naxçıvan Muxtar Respublikasında dövlət satınalan təşkilatları və sahibkarlar dövlət satınalmalarının planlaşdırılması və təşkili metodları, tender təkliflərinin qiymətləndirilməsi, satınalma müqavilələrinin bağlanması üzrə məlumatlandırılır.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, bu məqsədlə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə birgə 3 günlük təlimlər keçirilir. Təlimlərdə Muxtar Respublikada fəaliyyət göstərən dövlət satınalan təşkilatlarının 100-ə yaxın əməkdaşı iştirak edir.

Tədbirin məqsədi dövlət satınalan təşkilatları tərəfindən “Dövlət satınalmaları haqqında” Qanunun müddəalarına riayət olunması və sahibkarlıq subyektlərinin dövlət satınalmalarında fəal iştirakının təmin edilməsidir. Bu cür tədbirlərin mütəmadi təşkili nəzərdə tutulur.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?